Close

Qüdrət Həsənquliyev: “Azərbaycanda insanların banklara inamı itib”

“Azərbaycanda insanların banklara olan inamı itib”.

TNS xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Deputat bildirib ki, Azərbaycanda banklar bağlanır: “Buna görə də insanların banklara olan inamı itir. İnsanlar külli miqdarda vəsaiti evində saxlayır. Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. İnsanların banklara olan inamı bərpa edilməlidir”.