Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
3
18:33 - 02 Oktyabr 2024
“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.
TNS xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.