Ağdamda prokurorluq işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Bu gün Ağdamda Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
TNS-in Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk olaraq rayon icra hakimiyyəti və hüquq-mühafizə orqnlarının əməkdaşları Ulu öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyub.
Tədbir dövlət himni ilə başlanıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildirib ki, prokurorluq işçiləri uzun illərdir ölkədaxili cinayətkarlarla yanaşı, Azərbaycan torpaqlarında yerləşdirilən terrrorçu erməni dəstələri ilə də mübarizə aparıb. Ermənilərin törətdiyi cinayət işini araşdıraraq verdikləri hüquqi qiymətlərin nəticəsində cinayətkarlar dəmir barmaqlıqlar arxasına göndərilib.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edilib. Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başlanıb.