Close

16:10
12 Oktyabr 2024

Azərbaycanla Serbiya arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

TNS xəbər verir ki, Belqradda keçirilən mərasimdə Azərbaycanı COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmsil edib.

Saziş iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, M.Babayev Belqradda Serbiya Respublikasının hökuməti ilə bir sıra görüşlər keçirib.