MSK sədri: "Şikayətlərin az olmasının səbəbi seçkinin normal keçməsidir"
10
16:26 - 10 Sentyabr 2024
Sabah baxmalı olduğumuz 8 müraciət var.
TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, araşdırılmalı 5 müraciət qalıb: “Bu gün bizə müraciət üçün müddət başa çatır. Şikayətlərin az olmasının səbəbi seçkinin normal keçməsidir”.