9 namizədin yarışacağı Ağdam seçki dairəsində vəziyyət necədir?
Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkiləri olə əlaqədar bütün dairə seçki komissiyalarında hazırlıq işləri görülür.
TNS-in yerli müxbiri xəbər verir ki, deputatlığa 9 namizədin qeydə alındığı 119 saylı Ağdam Dairə Seçki Komissiyasındə hazırlıqlar tamamlanmaq üzrədir.
DSK sədri Sahil Əliyev bildirib ki, dairə üzrə 68 seçki məntəqəsi var. Məntəqələrdən 44-ü rayon ərazisində, 24-ü ətraf şəhər və rayonlarda yerləşir: “59 664 seçicimizdən 15 449 nəfər rayondan kənarda yaşayır. Məntəqələrimiz seçkiyə tam hazırdır. Bütün məntəqələr MSK tərəfindən lazımi avadanlıqlarla təmin olunub. Hazırda məntəqə sədrləri üçün treninqlər keçirilir, onlar seçki ilə bağlı tam məlumatlandırılır”.
Qeyd edək ki, dairə üzrə qeydə alınmış namizədlər aşağıdakılardır:
Hüseyn Behbudov (AXP, pensiyaçı)
Bəxtiyar Əliyev (bitərəf, deputat)
Aynurə Hüseynova (bitərəf, işsiz)
Asif Məmmədov (bitərəf, “Təzadlar” qəzetinin baş redaktoru)
İbrahim Məmmədov (YAP, Ağdam Elektrik Şəbəkəsinin rəisi)
Xəyalə Məmmədova (bitərəf, müəllim)
Azər Qasımov (bitərəf, işsiz)
Etibar Səfərov (bitərəf, müəllim)
Şəbnəm Səfərova (bitərəf, BDU rektorunun müşaviri)
Ziya Əmirxanlı