YAP ödənişsiz efir vaxtından imtina etdi
11
17:51 - 10 Avqust 2024
Yeni Azərbaycan Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.
TNS xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.
Əlaqəli xəbərlər
17:53
13 Sentyabr 2024
22:22
12 Sentyabr 2024