Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraqın Ərbil şəhərinə səfər edib.
TNS xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.
“Ərbil şəhərinə səfərimiz çərçivəsində qardaş Türkiyənin bu şəhərdəki Baş Konsulluğunu ziyarət etdik. Qardaşım, baş konsul cənab Erman Topçuya göstərdiyi qonaqpərvərliyə və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm”, - paylaşımda bildirilib.
Ərbil şəhərinə səfərimiz çərçivəsində qardaş Türkiyənin bu şəhərdəki Baş Konsulluğunu ziyarət etdik. Qardaşım, baş konsul cənab Erman Topçuya göstərdiyi qonaqpərvərliyə və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm.
— Nasir Mammadov (@nasir_mammadov) July 22, 2024
Bir millət, iki dövlət! ???????????????? pic.twitter.com/CfvRFRRUvs