Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

Ukrayna mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar Ukrayna mediasının diqqət mərkəzində olub.

TNS xəbər verir ki, “RBK-Ukrayna”, UNIAN, “Yevropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlət başçımızın Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.

“RBK-Ukrayna” agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlindən gələni edəcəyini vəd edib. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir.

“RBK-Ukrayna” saytındə dərc edilən digər məlumatda isə Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə dövlət başçımızın fikirləri yer alıb.

“Yevropeyskaya Pravda” nəşrinin məqaləsində yazılır ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb. Bu saytda dərc edilən digər məqalədə isə, həmçinin dövlət başçımızın kolonializmdən əziyyət çəkən bütün xalqlara dəstəyinə dair fikirlər qeyd olunub.

UNIAN, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər xəbər portallarında dərc olunan məqalələrdə də bu mövzulara diqqət yetilirib.

17215566231996642923_1200x630

17215566232290353751_1200x630

17215566233601259089_1200x630

1721556623490231556_1200x630

17215566233340724611_1200x630

17215566233963853993_1200x630

1721556623988023801_1200x630

17215566236262362679_1200x630