Close

MSK sədrindən xəbərdarlıq: "Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq"

Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq.

TNS xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib: "İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".