Close

11:08
15 Aprel 2024

Azərbaycanlı Latviyada deputat oldu

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən TNS-ə verilən məlumata görə, Amil Səfərovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyir.

Hər iki valideyni azərbaycanlı olan 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

Amil Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq kordinatorudur.

Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

Aygün