Close

12:20
27 İyul 2024

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Ukrayna Qusev Yuri Veniaminoviçi Azərbaycana yeni səfir təyin edib.

TNS xəbər verir ki, müvafiq sərəncamı bu gün Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Qeyd edək ki, Qusev əvvəllər Xerson vilayətinin qubernatoru vəzifəsində çalışıb, 2020-ci ildə isə “Ukroboronprom” Dövlət Konserninin direktoru təyin edilib. 2023-cü ildə Zelenski Qusevi bu vəzifədən azad edib.