Close

12:20
27 İyul 2024

“Azərsilah”ın nizamnaməsi və strukturu təsdiqlənib

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin, strukturunun və işçilərinin say həddinin təsdiq edilib.

TNS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür.