Close

22:27
28 Noyabr 2023

Bayramov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Ceyhun Bayramovla görüşüb.

TNS xəbər verir ki, bu barədə səfir öz "X" hesabında paylaşım edib.

"Xarici İşlər Naziri Ceyhun Bayramovla görüş zamanı Kenterberi arxiyepiskopu Castin Velbi ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik", - paylaşımda qeyd edilib.