Close

12:20
27 İyul 2024

ABŞ da İrəvanın Bakıya qarşı iddiasını qəbul etmədi

ABŞ ermənilərin Qarabağdan çıxmasını heç bir sübut olmayana qədər “etnik təmizləmə” adlandırmaqdan imtina edib.

TNS xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller qeyd edib ki, vəziyyəti nəzarətdə saxlayırlar.

“Soyqırımı və ya etnik təmizləmə düşünülmüş, sübuta əsaslanan prosesdir. Mən bu tribunadan bu haqda danışa bilmərəm”, - o deyib.

Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı “etnik təmizləmə” iddiaları qaldırmağı planlaşdırır, lakin beynəlxalq müstəvidə buna dəstək əldə edə bilməyib. ABŞ-ın açıqlamasından öncə Qarabağa səfər edən BMT missiyası da ermənilərin iddialarını təkzib edib.