Parlament sədri: “Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağına inanırıq” - ÖZƏL

"TNS" İnformasiya Agentliyinin təsisçisi və direktoru Tural Səfərovla baş redaktor Gülşən Hacıyeva Şimali Kipr Türk Respublikasına (KKTC) səfər ediblər.
Səfər çərçivəsində agentlik rəhbərliyinin KKTC-nin dövlət rəsmilərindən müsahibə alması, Kiprin müxtəlif yerlərindən reportajlar hazırlaması planlaşdırılır.
Oktyabrın 3-də Tural Səfərov və Gülşən Hacıyeva KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə parlamentdə görüşərək ondan geniş müsahibə alıb.
Parlament rəhbəri Azərbaycan-KKTC əlaqələrinin hazırkı durumu, Türk Birliyinin qurulması, inkişaf etməsi, ölkəsinin müstəqilliyinin tanınması ilə bağlı fikirlərini bölüşüb.
Müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.