Close

12:20
27 İyul 2024

Türkiyə XİN: "Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görür"

Azərbaycan İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə bölgədəki vəziyyətlə bağlı daim dilə gətirdiyi haqlı və əsaslı narahatlıqlar nəticəsində öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri həyata keçirməli olub. 

TNS TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin Azərbaycan ordusunun üzvlərinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı hücumlarına və təxribatlarına cavab olaraq bu gün Azərbaycan ordusu tərəfindən müstəsna olaraq hərbi elementləri hədəf alan antiterror tədbirləri başladılıb.

“Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur”,- bəyanatda bildirilir.