Close

19:07
29 Sentyabr 2023

Çin mediası Azərbaycanın lokal xarakterli antiterror tədbirlərindən yazır

Çin mediası Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlaması barədə xəbərlər yayıb.

TNS xəbər verir ki, Çin Mərkəzi Televiziyasının, habelə onun ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifələri, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti, müxtəlif xəbər portalları mövzuya dair materiallar təqdim edib.

Materiallarda qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina partlayışı nəticəsində 6 nəfərin həlak olması faktı da qeyd edilib. Çin mediası Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına istinadla yazır ki, lokal xarakterli antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi hədəflər sıradan çıxarılır, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.