Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək
6
11:26 - 18 Sentyabr 2023

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu York şəhərinə yola düşüb.
Bu barədə TNS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Əlaqəli xəbərlər
17:10
29 Sentyabr 2023
16:30
29 Sentyabr 2023
22:17
28 Sentyabr 2023