Close

Deputat: “Bu proseslərin arxasında erməni diasporu durur”

“Mənə elə gəlir ki, bu proseslərin arxasında erməni diasporunun fəaliyyəti durur. Bu, ABŞ Senatında, Konqresdə olan korrupsiyaya bulaşmış siyasətçilərin təzyiq və təsiridir”.

Bunu TNS-ə deputat Asim Mollazadə ABŞ-ın son günlər sərgilədiyi ermənipərəst mövqeyə münasibət bildirərkən deyib.  

Deputatın bildirib ki, ABŞ-da, Fransada fəaliyyət göstərən zəngin şəbəkə qura bilmiş erməni diasporu sülhün qarşısını almaq istəyir: “Onlar sülhün olmasını istəmirlər. Çünki “genosid” qışqırıqları ilə özlərinin gələcək fəaliyyətlərini daha da genişləndirib, yeni qazanc əldə etmək niyyətindədir. Ermənistanda, Qarabağda olan erməniləri girov, qurban kimi istifadə etmək istəyirlər. Erməni diasporu sülhə qarşıdır. Onların təsiri altında olan siyasətçilər də öz fəaliyyəti ilə sülh prosesini pozurlar”.