“Ermənistan bütün nəqliyyat və iqtisadi dəhlizləri açmağa hazırdır”- Paşinyan
24
18:44 - 25 May 2023

“Ermənistan ölkələrin suverenliyi çərçivəsində bütün nəqliyyat və iqtisadi dəhlizləri, regional kommunikasiyaları açmağa hazırdır”.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.