Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək
26
18:23 - 22 Mart 2023

Yaxın vaxtlarda yüksək ehtimalla Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirinin görüşü baş tutacaq.
TNS xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
O qeyd edib ki, martın 20-də Moskvada Sergey Lavrovla görüş zamanı bu məsələ müzakirə olunub. Mirzoyanın sözlərinə görə, hazırda İrəvanla Bakı arasında dialoq onlayn rejimdə gedir, tərəflər sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparır.
Ermənistan XİN başçısı qeyd edib ki, müəyyən mərhələdə üzbəüz görüşlər bərpa olunmalıdır.