Close

00:03
26 Aprel 2024

İsraildəki səfirliyimizin rəsmi açılışı nə vaxt olacaq?

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı bəlli olub.

TNS xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.

Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.