Close

Oruc ürək-damar xəstəliklərinin risk faktorlarını azaldır, amma...

Ramazan ayı davam edir. Bəzən doğru tutulmayan oruc sağlamlıq baxımından problemlərə yol aça bilir. Bu bir ayı sağlam şəkildə oruc tuta bilmək üçün hansı qaydalara əməl olunmalıdır?

TNS bununla bağlı həkim-terapevt Sübhan Hacıyevin fikirlərini öyrənib.

Həkim orucun mənəvi faydaları olduğu kimi, fizioloji, eyni zamanda psixoloji aspektlərdən də çox faydaları olduğunu vurğulayıb: “Oruc tutduğumuz zaman maddələr mübadiləsi sürətlənir. Bu onunla əlaqədardır ki, mədə-bağırsaq traktımız təmizlənir. İlboyu yeyib-içdiyimiz qidaların zəhərli maddələri orqanizmimizdən təmizlənir. Orqanizm faydalı minerallar, vitaminlər, mikro və makroelementlərlə daha çox zənginləşir. Eyni zamanda, ürək-damar xəstəliklərinin risk faktorları azalmış olur. Metobolik pozulmalardan olan şəkərli diabetin risk faktoru azalır”.

Sübhan Hacıyev bildirib ki, bunlarla yanaşı, oruc tutarkən balanslaşdırılmış və rassional şəkildə tutmaq vacibdir: “Nə yeyib-içdiyimzin fərqində olmalıyıq. Məsələn, imsaqda yuxudan qalxmaq lazımdır. Çəkiyə uyğun su balansı tənzimlənməlidir. İftarda sudan bol istifadə olunmalıdır. Çalışıb daha çox zülal tərkibli qidalardan yeməliyik. Daha çox ət və ət məhsulları, süd və süd məhsulları ilə qidalanmaq lazımdır. Şirniyyatlardan, un məmulatlarından, xüsusilə heyvan mənşəli yağlardan uzaq durmaq lazımdır. Bunlarla yanaşı, aktiv həyatımız da önəmlidir. Sadəcə imsaq və iftarda yemək yeyib yatmaq doğru deyl. Aktiv həyatdan geri qalmamlayıq. Orqanizm orucluq zamanı uyğun bir şəkildə fəaliyyətdə olmalıdır. Oruc tutduğumuz bir ay ərzində ümumi çəkimizin 5-10 faizi qədər çəki atmış olmalıyıq. Əgər bu qaydada oruc tutmuş olarıqsa, oruc tibbi yöndən də orqanizmə daha faydalı olar”.

Aygün