Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Bu ölümcül xəstəlikdən əziyyət çəkən uşqların sayı sürətlə artır – ŞOK STASTİSTİKA

Hər il dünyada təxminən 4 milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə yaradan, kəskin ağırlaşmalar verə bilən, eyni zamanda müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.

Hazırda dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı sürətlə artır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu xəstlikdən əziyyət çəkənlər arasında uşaqların sayı da az deyil.

Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı ilbə-il artır. 2021-ci ildə şəkərli diabetdən əziyyət çəkən 1856 uşaq qeydiyyata alınıb, növbəti ildə bu rəqəm 2000-nə yüksəlib.

Şəkərli diabetin uşaqlar arasında artmasında hansı amillər əsas rol oynayır?

Mövzu ilə bağlı TNS-ə danışan uşaq endokrinoloqu Nabat Ağayeva xəstəliklə bağlı bir sıra məqamlardan bəhs edib.

O bildirib ki, şəkərli diabetin bir çox növü olsa da, ən çox yayılan növləri I və ll tip diabetdir. Həkim qeyd edib ki, I tip diabetə daha çox uşaq yaşlarında rast gəlinir: “Şəkərli diabetin bu növü daha çox 18 yaşadək olan uşaqlar arasında rast gəlinir. I tip diabetdə hər hansı bir səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Başqa sözlə desək, mədəaltı vəz (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. Bu tip xəstələr xəstəliyin başlanğıcından insulin müalicəsi alırlar.

Hər il bütün dünyada I tip diabet daha da gəncləşir. Əvvələr daha çox nisbətən orta yaşlı uşaqlarda, yeniyetmələrdə rast gəlinirdisə, hazırda azyaşlılara, körpələr bu xəstəliyə tutulur. Ölkəmizdə ötən il ərzində 2400 nəfər tibbi diabetli uşaq qeydə alınıb. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu say hər il artır. Sözsüz ki, bunlar dövlət qeydiyyatında olan xəstələrdir. Naməlum, qeydiyyata düşməyən xəstələr də var”.

Həkim vurğulayıb ki, I tip diabetin ən çox rastgəlmə tezliyi uşaqlarda bağça və yeniyetməlik dövründə olur. Onun sözlərinə görə, daha çox infeksiyaya məruz qalan uşaqlarda bu risk artır: “Aşağı yaş dövründə uşaqlar bağçaya gedir. İnfeksiyalara yoluxma halları artır. I tip diabet autoimmun xəstəlikdir. Yəni, orqanizm öz insulin hüceyrələrini yad qəbul etdiyi üçün mədəaltı vəzdə zədələnmə başlayır və insulin ifrazı dayanır. Xəstəliyin əsas səbəbi müəyyən virusların təsirindən olur. Ona görə də məhz bağça dövründə, orqanizmin infeksiyaya həssas yaş dövründə I tip diabetin aşkarlanması halları artır”.

Qeyd edək ki, şəkərli diabet xəstəliyi aşağıdakı əlamətlərlə özünü göstərir: 

1. Susuzluq;

2. Tez-tez sidiyə getmə;

3. Çəki itirmə;

4. Sidik yollarının infeksiyası;

5. Bulanıq görmə;

6. Qaşınma;

7. Yorğunluq;

8. Dəridə və ağızda quruluq;

9. Ayaqlarda keyimə.

Aygün