Close

12:20
27 İyul 2024

Elektriklə işləyən avtomobillər insan sağlamlığı üçün zərərlidir?

Elektrikli avtomobillərdən istifadə edənlərin sayı durmadan artır. İstifadəsi kütləviləşdikcə ortaya yeni sullar çıxır. Bu minik vasitəsi insan sağlamlığı üçün zərərlidirmi?

Mövzunun aktuallığını nəzərə alan ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov bununla bağlı sosial şəbəkədə paylaşım edib.

TNS-in xəbərinə görə, elektrikli avtomobillərin dünyada istifadəsinin getdikcə artmasının bir sıra sualları da bərabərində gətirdiyini deyən həkim bunlardan ən birincisinin litium batareyalarının ətrafa və insanların sağlamlıqlarına verə biləcəyi zərərlə bağlı olduğunu vurğulayıb: “Hər hansı bir vasitənin sağlamlığa verə biləcəyi zərərlə bağlı səsləndirilən fikirlər dünya miqyasında araşdırma nəticələrinə, statstikaya istinad etməlidir. Bu günə qədər dünyada elektrikli avtomobillərin, eləcə də elektriklə işləyən digər cihazların insan sağlamlığına zərər verməsini sübut edən konkret heç bir dəlil yoxdur.

Gün ərzində yanımızda olan telefonların da zərərləri ilə bağlı fikirlər irəli sürülür. Amma Dünya Səhiyyə Təşkilatı tərəfindən istər elektikli avtomobillərin, istərsə digər cihazların insan sağlamlığına zərər verə biləcək maqnetik sahə yaratmadıqları göstərilib. Bunun əksini təsdiqləyən dəlil olmadığı müddətcə qarşı fikir yürütmək də doğru olmaz. Elektrikli mühərriklərin digərləri ilə müqayisədə faydaları bilinir. Riskləri haqqında da məlumatlar var”.

R. Mahmudov bildirib ki, ionizə və non-ionizə (ionlaşdırıcı olmayan) adlandırılan iki maqnit forması var. Non-ionizə maqnit formasının bəlli dalğalar içərisində insan həyatı üçün heç bir təhlükə yaratmadığı məlumdur: “Maqnit sahəsi hər zaman narahat edir. Amma ətrafa maqnit dalğaları yayan istənilən cihazın təhlükəsizliyinə görə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar, eləcə də akkreditə olunmuş qeyri-hökumət təşkilatları tərəfindən elektrikli avtomobillərin bu zərəri yarada biləcək gücdə olmadığı göstərilib. Çernobıl qəzasında maqnit sahəsi ionizə olduğu üçün insan həyatı üçün yaratdığı təhlükələr fərqlidir”.

Aygün