Close

12:20
27 İyul 2024

Pediatr: "Uşaq kollektivlərində infeksiyalar alov kimi yayılır"

Yaz fəsli başlasa da, uşaqlar arasında yayılan müxtəlif virus xəstəlikləri səngimək bilmir. Valideynləri narahat edən məsələlərdən biri də uşaqların sağaldıqdan cəmi bir neçə gün sonra təkrar xəstələnməsidir.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən tanınmış pediatr Vaqif Qarayev bir sıra məqamlara toxunub. Həkim bildirib ki, həddən artıq çox virus yayılıb: “Hazırda uşaqlar arasında qrip, infilenza, qızdırma ilə başlayan qızılca, suçiçəyi, skarlatina, göy öskürək kimi müxtəlif növ infeksiyalar yayılıb.

Açığı, bir mövsümdə bu qədər çox virusun eyni vaxtda dövriyyəsinin olduğunu xatırlamıram. Qripin bundan son dərəcə ağır epidemiyalarına rast gəlinib. Amma bir, ya da iki mövsümi viruslar olub. El arasında soyuqdəymə kimi tanıdığımız viruslar hər mövsümdə müşahidə edilir. Amma bir mövsümdə bu qədər virusun birdən ortaya çıxması görünməmiş haldır.

Bu xəstəliklərin hər birinin öz əlamətləri var. Valideynlər ən çox südəmər körpələri dərhal həkimə göstərməlidirlər ki, xəstəliyinin nə oduğu bilinsin. Çünki körpə uşaqlarda ağırlaşmalar daha tez olur.

Valideynləri də qınamaq olmur, çünki həddən artıq xəstəlik var. Amma valideyn bilməlidir ki, bağçaya, məktəbə xəstə uşağı aparmaqları problem yaradır. Problem ondadır ki, bir virusdan sağalan uşaq kollektivin içinə gedən kimi təkrar başqa bir virusa yoluxur. İki gün sonra həmin uşaq yenidən həkimə qayıdır”.

pediatr

Qızılca, göyöskürək, suçiçəyi kimi xəstəliklərin artıq neçə müddətdir, olduğunu deyən pediatr skarlatina xəstəliyinin də başladığını vurğulayıb: “Dediyim kimi, əslində bu qədər virus olmamalıdır. Bunun nə üçün belə olduğunun dəqiq cavabını deyə bilmərəm. Amma onu deyə bilərəm ki, uşaq kollektivlərində infeksiyalar alov kimi yayılır. Bir qızılcalı uşaq 10 dəqiqə ərzində sinifdə hamını yoluxdura bilər.

Yoluxucu infeksiyalardan qorunmağın yeganə yolu, əgər peyvəndi varsa, peyvənd olunmaqdır. Dünya təbabətinin gəldiyi nəticə budur. Əslində, qızılca pandemiyadan əvvəl də var idi. Sadəcə hər yer bağlandı, infeksiya söndü, açılan kimi yenə də artdı. Bu da ona görə baş verir ki, uşaqlar peyvəndsizdir. Son iki-üç ayda ölüm hadisələrindən qorxan valdeynlər peyvəndlə maraqlanmağa başladılar. Məsələn, göyöskürəyin peyvəndi var, amma onu vurduran yoxdur. Vərəm, poliomielit və s. xəstəliklərin peyvəndi var. Bunların hamısını vurdurmaq lazımdır. Əhalinin bəhanəsi var idi ki, polikliniklardakı peyvəndlər keyfiyyətsizdir. İnd Avropa istehsalı olan peyvəndlər gətirilib və yerlərdə paylanılıb. Əhalinin bu bəhanəsi də yoxdur”.

Aygün