Close

12:20
27 İyul 2024

Şəkərdən daha zərərli olan alternativ dadlandırıcılar

Şəkər qəbulunu məhdudlaşdıran insanlar çox vaxt əvəzedicilərdən istifadə etməyə üstünlük verirlər. Ancaq insanların çoxunun sağlam hesab etdiyi alternativ dadlandırıcılar əslində daha da zərərli ola bilər.

TNS xəbər verir ki, bu barədə ABŞ-nin “Epoch Times” nəşri məlumat yayıb.

Məsələn, sukraloza ən çox yayılmış süni dadlandırıcılardan biridir. Amma uzun müddət ərzində böyük miqdarda istehlak edildikdə, bağırsaq mikroflorasının balanssızlığına, qan şəkərinin və insulinin səviyyəsinin artmasına səbəb ola, həmçinin bədənin immun sisteminə təsir edə bilər

Şəkərdən 200 dəfə şirin olan aspartam artıq rəsmən kanserogen kimi tanınıb və bir çox ölkədə qadağan olunub.

Saxarinin uzun müddət istifadəsi şəkərli diabetin inkişaf ehtimalını yüksəldir və metabolik sindrom riskini artırır. Bundan əlavə, saxarin sidik kisəsi xərçəngi riskini artıra bilər.

Sorbitol olaraq da bilinən ksilitol yemişan, gavalı və çuğundur kimi bəzi meyvə və tərəvəzlərdə olur. Saqqız, konfet, pəhriz əlavələri və ağız gigiyenası məhsullarında geniş istifadə olunur. Ancaq ksilitolun uzun müddətli istifadəsi şişkinlik yaradır və qan şəkərinin səziyyəsini yüksəldir.

Bütün bu alternativ tatlandırıcılar xüsusilə yeniyetmələrdə və uşaqlarda iştahı artırır və beləliklə də artıq çəkiyə səbəb olur.