Close

11:55
14 Sentyabr 2024

Belə hallar 15-20 gün davam edirsə, bu, artıq depressiya göstəricisidir

Yay fəslinin bitməsilə bəzi insanlarda “payız depressiyası” yaranır. Payız “depressiyası” nədir? Psixoloq Günay Kərimi TNS-in bununla bağlı sualını cavablandırıb:

"Artıq qızmar yay fəsli geridə qaldı və payız özünü göstərməyə başladı. Payız bəzi insanlar üçün məhəbbət - romantika, bəziləri üçün isə tənhalıq, istəksizlik, depressiya dövrüdür. Ümumiyyətlə, yayın bitməsi, Günəşin özünü az göstərməsi, havanın tutqun, yağışlı keçməsi insanlarda payız fəslinə adaptasiya olmaqda çətinliklər yaradır. Bu fəsildə bir çox insanda özünə qapanma halları müşahidə olunur".

p-2

Psixoloq bildirib ki, belə məqamlarda insanlarda emosional vəziyyətin ağırlıq dərəcəsi qiymətləndirildikdən sonra depressiya diaqnozu qoyulmalıdır: “İnsanın hər şeyə marağı itirsə, işindən, həyat tərzindən zövq ala bilmirsə, əhval-ruhiyyəsi aşağı olursa, daim yorğundursa, sabah yuxudan oyanmada çətinlik çəkirsə, çox yemək yeyir ya da əksinə heç yemek yemirsə, çox yatır ya da yuxusuzluqdan şikayətlənirsə, ciddi düşünmək lazımdır. Belə hallar 15-20 gün davam edirsə, bu artıq depressiya göstəricisidir. Bu cür psixoloji situasiyalarda insan bədəninə lazım olan enerjini toplamaq çox zəruridir. Belə hallarla rastlaşan insanlar mütləq düzgün rejimlə qidalanmalı, gün ərzində ən azı yarım saat açıq havada gəzməlidir. Depressiv vəziyyətdən daha tez qurtulmağın ən optimal yollarından biri də sosiallaşmaqdır. Çünki insanlarla ünsiyyət özünə qapanma əleyhinə ən yaxşı üsullardan hesab olunur. Bundan başqa, idmanla məşqul olmaq  və aktiv həyat tərzi depressiyada olan insanlara olduqca faydalıdır".

Bünyamin Bünyadzadə