Close

ÜST xəbərdarlıq etdi - Yeni epidemiya gəlir, daha ölümcüldür

"Yeni pandemiya təhlükəsi var. Bu epidemiya COVID-19-dan daha təhlükəli ola bilər. Dünya gələcəkdə kollektiv şəkildə təhlükə ilə üzləşməyə hazır olmalıdır".

TNS xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən ÜST illik assambleyasında çıxışı zamanı deyib.

Qebreyesus qeyd edib ki, COVID-19-un xəstəliyin yeni ocaqlarına səbəb ola biləcək və ölümlə nəticələnə biləcək başqa bir variantı təhlükəsi aktual olaraq qalır. Bundan əlavə, ölümcül potensialı daha yüksək olan yeni bir patogenin ortaya çıxma ehtimalı da var.

Mayın 11-də ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejiminin ləğv edildiyini bəyan edib. Meymunçiçəyi epidemiyası başlayandan bəri ÜST virusa yoluxma ilə bağlı 87 000-dən çox məlumat əldə edib. 111 ölkədə 140 ölüm məlumdur.

Daha əvvəl Tayvanın səhiyyə naziri adanın növbəti pandemiyanın episentrinə çevrilə biləcəyini bildirib. O, hadisələrin bu cür inkişafının "dəhşətli nəticələrə" səbəb olacağını vurğulayıb.