Close

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda autizm, serebral iflic, daun, hiperaktivlik halları artıb"

“Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sindromu, həmçinin kiçik yaşda çox da ciddiyə alınmayan hiperaktivlik və diqqət əskikliyi halları artır".

TNS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Fərqli fərdlər" konqresində deyib.

O bildirib ki, uşaqların cəmiyyətə adaptasiyasında rastlaşılan ən böyük çətinlik bullinqdir:

"Bullinqə məruz qalan uşaqlar emosional baxımdan özünə qapanan olurlar. Qeyd etdiyimiz həssas qrupun bullinqə məruz qalma riski isə yüksəkdir. Ona görə də valideynlər övladlarını sosial mühitə daha tez adaptasiya etməlidirlər".