Samir Şərifov sədr təyin olundu - FƏRMAN
84
15:58 - 07 Fevral 2025

Azəbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
TNS xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.
Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.