Mərkəzi Bankın sədrinə birinci müavin və müavinlər təyin edildi - SƏRƏNCAM
256
17:07 - 05 Dekabr 2024

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
TNS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.