Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
19
08:14 - 10 Aprel 2024
![](/upload/files/up4/Xeberler/resmi/2024/04/vitseprezident.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan bayramı ilə bağlı paylaşım edib.
TNS xəbər verir ki, paylaşımda deyilir: “İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”