Cəbrayılda boş ərazi yanıb - VİDEO + YENİLƏNİB

TNS-in Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, rayonun iki kənd ərazisi - Aşağı Maralyan və Şükürbəyli ərazisində baş verən yanğın hadisəsində 80 hektar ərazi yanıb.
Yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrində söndürüb.
Yanğının baş vermə səbəbi araşdırılır.
16 mart
21:14
Cəbrayılda baş verən yanğın hadisəsini FHN-nin Qarabağ Regional Mərkəzi təsdiqləyib.
Mərkəzdən TNS-ə bildirilib ki, baş vermiş yanğın hadisəsi barədə aidiyyəti üzrə nümayəndəliyə məlumat verilib. Ərazidə fəaliyyət göstərən tikinti şirkətlərindən köməyə ehtiyyat su maşınları və texnikaları cəlb olunaraq yanğının söndürülməsi üçün işlər aparılır.
Hazırda yanğın davam edir.
20:58
Cəbrayılda boş ərazidə güclü yanğın baş verib.
TNS-in Qarabağ müxbirinin xəbərinə görə, yanğın rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları, texnika və yanğınsöndürən avtomobilləri ilə cəlb edilib.
Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı