Partlayış baş verən binanın sakinləri köçürüldü – Kirayə xərclərini kim ödəyəcək?
“03 dekabr tarixində Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir”.
Bu barədə TNS-in sorğusuna cavab olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə binada ilkin möhkəmləndirmə tədbirləri həyata keçirilib. Altı girişdən ibarət binanın artıq üç girişində yaşayış bərpa edilib.
“Partlayış baş vermiş girişdə sakinlərin əşyalarını götürmələri üçün müvafiq şərait yaradılıb. Eyni zamanda, kirayə xərclərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub. Aidiyyəti qurumların rəyi əsasında binada bütün zəruri tədbirlər başa çatdırıldıqdan sonra sakinlərin öz mənzillərinə qayıdışı təmin ediləcək”, - deyə məlumatda qeyd olunub.
Ayşən Azadova