Close

21:31
17 Yanvar 2025
21:25
17 Yanvar 2025

Sumqayıtda partlayış baş verən binanın sakinləri öz evlərində məskunlaşacaq?

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir.

Bu barədə TNS-ə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq: “Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub”.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin binada baş verən partlayış nəticəsində 3 nəfər ağır yaralanıb.