Kürdəmirdə evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub
23
15:12 - 10 İyul 2024

Kürdəmirdə evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub.
TNS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qoçulu kənd sakini Nəsirov Zinhar Qalamirzə oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.