Close

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib - FOTO

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllının Qoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

TNS xəbər verir ki, dağlardan gələn lil qatı kəndin yollarını bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Kəndə gedən yol çay ərazisindən keçir və hazırda çayda suyun çox olması səbəbindən əraziyə texnika və işci qüvvəsi cəlb etmək mümkün deyil.

w_1617194738231202848785_1200x630

w_16171947382372318172_1200x630