Close

12:20
27 İyul 2024

Uşağı ağacın altına aparıb ki, ayılsın – Ağcabədidəki qətlin təfərrüatları

Ağcabədidə 7 yaşlı oğlanın qətlə yetirilməsinin təfərrüatları məlum olub.

TNS-in yerli müxbiri xəbər verir ki, iyunun 9-da rayonun Pərioğullar kəndində çoban işləyən 39 yaşlı Babayev Natiq Mayıl oğlu otlaq sahəsində bacısı oğlu, 7 yaşlı Əhmədov Anar Yasin oğlunun başına çomaqla vuraraq, onu öldürüb.

Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsinin müavini Xəyyam Kərimov TNS-ə deyib ki, həmin ailə kəndə yeni gəlib. Uşağın anası Beyləqandan, atası Füzulidəndir: “Bura işləmək üçün gəliblər. Bizdə qeydiyyata da düşməyiblər. Fermada işləyirmişlər. Dayısı uşağı ağacla vurub, o da yıxılıb. Dediyinə görə, öldüyünü bilməyib, fikirləşib ki, ürəyi gedib. Ona görə, aparıb qoyub ağacın altına ki, kölgədə özünə gəlsin. Sonra anası gəlib, görüb ki, uşaq keçinib”.

peri2

X. Kərimov bildirib ki, Natiq Babayev uşağın epilepsiya xəstəsi olduğunu deyib: “Hadisəni bacısının – uşağın anasının üstünə atmaq istəyib. Deyib ki, anası da arada bir uşağı döyürmüş. Amma sonra özünün öldürdüyünü boynuna alıb”.

X. Kərimov azyaşlının məktəbə getmədiyini bildirib.

Qeyd edək ki, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ziya Əmirxanlı