Şamaxıda keçirilən Hava Şarları Festivalından FOTOLAR
26
22:57 - 08 İyun 2024

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.
TNS xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.