Close

Bərdədə canavarlar qoyunlara hücum etdi - VİDEO

Bərdədə qoyun təsərrüfatı vəhşi heyvanların hücumuna məruz qalıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində qeydə alınıb.

Laçın rayon sakini Atəş Quliyev TNS-ə bildirib ki, təsərrüfatında 30 baş qoyunu olub: “Gecə canavarlar hücum edərək, 10 baş qoyunu boğub, öldürüb, qalan heyvanları da yaralayıb".

Faktla bağlı əraziyə baytarlar və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb.

Ziya Əmirxanlı

msg6466422485-5398