Close

Küçə itlərinin hücumuna məruz qalan bələdiyyə sədri: “Güllələməyə də icazə vermirlər” - VİDEO

Beyləqan şəhərində sahibsiz küçə heyvanları sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Məktəblərin, bazarların ərtafında, parklarda sürü şəklində gəzən sahibsiz itlər sakinlərə hücum edir, onların həyatına təhlükə yaradır.

Bununla bağlı TNS-ə müraciət edən rayon sakini Təbriz Abbaslı bildirib ki, küçə itlərinə şəhərin hər tərəfində rast gəlmək mümkündür: “Uşaqları parka aparmışdım, üstümüzə hücum çəkdilər. Yaxınlıqdakı adamların köməyi ilə xilas olduq, yoxsa, itlər bizi parçalayacaqdı”.

Rayon bələdiyyəsinin sədri Novruz Quliyev də sahibsiz itlərin həddən artıq çox olduğunu təsdiqləyib.

Bələdiyyə sədri TNS-in bölgə müxbiri ilə söhbətində bildirib ki, sahibsiz heyvanların məhv edilməsinə icazə verilmir: “Bu itləri toplayıb, saxlamağa yerimiz yoxdur. Kəndlərdən olan adamlar itləri azdırmaq üçün gətirib rayon mərkəzinə buraxırlar. Nəticədə şəhərdə sahibsiz heyvanların sayı artır. Güllələməyə icazə vermirlər. Bir güllə atsaq, tez çəkib, internetə qoyacaqlar ki, iti güllələdilər. Əslində rayonların çoxunda vəziyyət belədir.

Dünən axşam şəhərin mərkəzində mənə də hücum elədilər. Hardasa, 20 it vardı.

Rayonun aidiyyəti qurumları ilə məsləhətləşib, bir çıxış yolu tapacağıq”.

WhatsApp_Image_2024-04-19_at_15-18-51

Ziya Əmirxanlı