Close

Hacıqabulda 21 yaşlı qız itkin düşüb

Hacıqabul rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

TNS xəbər verir ki, T. Təhməzovanın əlamətləri belədir: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.

Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.