Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib
33
11:04 - 01 Aprel 2024
Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.
Bu barədə TNS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd olunub ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.
Əlaqəli xəbərlər
10:00
12 Dekabr 2024