Close

12:20
27 İyul 2024

Bərdə sakinindən narkotik götürülüb

Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində yaşayan Həsənov Mübariz Nasir oğlu saxlanılıb.

TNS-in bölgə müxbiri xəbər verir ki, həmin şəxsin yaşadığı evə baxış zamanı 500 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Həmin şəxsin əlaqəsində olan və narkotik vasitənin mənbəyinin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

n1

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Ziya Əmirxanlı