Cəlilabadda məktəblini maşın vurdu
20
23:18 - 16 Fevral 2024

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticilənən yol qəzası olub.
TNS xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçmək istəyən kənd sakini 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.