Yevlaxda evi yararsız vəziyyətə düşən şəxsə müvəqqəti çadır qurulub - VİDEO
33
12:03 - 16 Fevral 2024
Fövqəladə Hallar Nazirliyinə Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.