Close

12:20
27 İyul 2024

Xaçmazda süni göldə boğulan şəxsin meyiti sudan çıxarılıb

Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyiti aşkarlanıb.

TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Xaçmaz rayonunun Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.