Close

Yevlaxda avtomobil qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO

Yevlaxda ikisi azyaşlı olmaqla 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

TNS-in yerli müxbiri xəbər verir ki, rayonun Qoyunbinəsi kəndində "Mercedes" markalı iki minik avtomobili toqquşub.

q2

Nəticədə hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar. Xəsarət alan şəxslər 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı